Şərur rayon sakini Mübariz Zaxarov tutulmuşdur
30.10.2014Oktyabrın 30-da Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində naməlum şəxs Abşeron rayon sakini İlqar Hüseynova elektroşok tətbiq edib içərisində 5000 manatı olan çantasını almışdır.
Çevik Polis Alayı və Qaradağ RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakini Mübariz Zaxarov tutulmuş və hadisəni törədərkən istifadə etdiyi elektroşok götürülmüşdür.