Ağcabədi rayonunun Salmanbəyli kənd sakini Məhəmməd Bayramovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir
30.10.2014Oktyabrın 30-da saat 18 radələrində Ağcabədi rayonunun Salmanbəyli kənd sakini Məhəmməd Bayramovun evində təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir. Evin pəncərə şüşələri sınmış, xəsarət almış M.Bayramovun arvadı Nübar, qızı Səhər və nəvəsi İsa xəstəxanaya yerləşdirilmişlər.
Araşdırma aparılır.