Zaqatala şəhəri ərazisində sərnişin qismində oturduqları avtomaşının sürücüsü V.İbrahimovu bıçaqla hədələyib ondan pulunu və mobil telefonunu almış iki şəxs tutulmuşdur
02.09.2013Sentyabrın 3-də Zaqatala şəhər Avtovağzalının ərazisində 2 naməlum şəxs Zaqatala rayon sakini Vasif İbrahimovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşına sərnişin qismində oturub Balakən rayonuna gedəcəklərini bildirmişlər. Balakən rayonunun Qazbinə kəndi ərazisində həmin şəxslər V.İbrahimovu bıçaqla hədələyib ondan 6 manat pul və mobil telefonunu aldıqdan sonra avtomaşından düşərək getmişlər.
Balakən RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Balakən rayon sakini Hacımurad Qımrıyev və Talalar kənd sakini Şamil Qurbanov tutulmuş və hadisəni törədərkən istifadə etdikləri bıçaq onlardan götürülmüşdür.