İyulun 15-də X.Məmmədovun mağazasından pul və noutbuk oğurlamış Ağdaş rayon sakini F.Rəhimov tutulmuşdur
02.09.2013Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də Xəqani Məmmədovun mağazasından 333 manat pul və 1 ədəd noutbuku oğurlamış Ağdaş rayon sakini Fərid Rəhimov tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun, Gəncə şəhər sakini Pərviz Niyazov ilə birgə “Topaz” mərc oyunları klubundan 522 manat pul oğurlamaları da müəyyən edilmişdir.