Nizami rayonu Keşlə qəsəbəsində ov tüfəngindən atəş açaraq qəsəbə sakini E.Fərəcova ölümcül xəsarət yetirmiş Bakı şəhər sakini S.Məmmədov tutulmuşdur
02.09.2013Sentyabrın 2-də Nizami rayonu Keşlə qəsəbəsində naməlum şəxs ov tüfəngindən atəş açaraq qəsəbə sakini Elçin Fərəcova xəsarət yetirmişdir. E.Fərəcov xəstəxanaya aparılarkən yolda ölmüşdür.
Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Bakı şəhər sakini Seymur Məmmədov tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.
Ondan hadisəni törədərkən istifadə etdiyi 1 ədəd qundağı və lüləsi kəsilmiş ov tüfəngi götürülmüşdür.