Samux rayon sakini N.Qasımov marixuana satarkən tutulmuşdur
02.09.2013Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qarayeri qəsəbə sakini Nazim Qasımov 14,87 qram marixuananı satarkən tutulmuşdur. N.Qasımovun həmin narkotik vasitəni qəsəbə ərazisində kultivasiya yolu ilə yetişdirməsi müəyyən edilmişdir. Həmin əraziyə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 2 kiloqram 300 qram olan 7 ədəd çətənə kolu aşkar edilərək götürülmüşdür.