Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonu ərazisində M.Əkbərova məxsus pul və şəxsi əşyalar olan çantanı aldatma yolu ilə oğurlamış R.Abdullayev və F.Müseyibov tutulmuşlar

02.09.2013

Sentyabrın 3-də Bakı Beynalxalq Avtovağzal Kompleksinin ərazisində Cəlilabad rayon sakini Mirzəsəfyar Əkbərov salonunda digər 1 sərnişin olan “Lifan” markalı avtomaşına oturub Cəlilabad rayonuna gedəcəyini bildirmişdir. Nəsimi rayonu ərazisində M.Əkbərov içərisində 1 ədəd mobil telefon, 30.000 rubl pul və geyim əşyaları olan çantasını avtomaşında qoyub siqaret almaq üçün avtomaşından düşdükdən sonra, sürücüsü avtomaşını sürərək getmişdir.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətmiş “Lifan” markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Ramin Abdullayev və onun sərnişini, Xaçmaz rayon sakini Fərhad Müseyibov tutulmuşlar.

02.09.2013 tarixinə olan kriminal məlumatlar