Ağstafa rayonu ərazisində yol-nəqliyyat hadisəsi
02.09.2013Sentyabrın 3-də saat 19.20 radələrində Ağstafa rayonu Qırlı kəndinin ərazisində kənd sakini Turxan Abbasovun idarə etdiyi “VAZ-2106” markalı və Düzqışlaq kənd sakini İlqar Musayevin idarə etdiyi “VAZ-21099” markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış İ.Musayev və sərnişinləri, qardaşı Qəmər, oğlanları Allahverdi, Eşqin və həmkəndlisi Saleh Bəxtiyarov, habelə T.Abbasov xəstəxanaya yerləşdirilmişlər. İ.Musayev orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.