Xırdalan şəhər sakini Kənan Hümmətovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır
04.01.2012Yanvarın 4-də Xırdalan şəhərindəki "Günay" şadlıq evinin qarşısında şəhər sakini Kənan Hümmətovun bıçaqla qətlə yetirilmiş meyiti tapılmışdır. Abşeron RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən şəhər sakini Əmir Rzayev tutulmuşdur.