Binəqədi qəsəbəsi ərazisində münaqişə zəminində qəsəbə sakini K.Əhmədova bıçaqla xəsarət yetirmiş A.Əsədi tutulmuşdur
04.01.2012Yanvarın 3-də Binəqədi qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Aydın Əsədi münaqişə zəminində Kamal Əhmədova bıçaqla alın və bud nahiyələrindən xəsarət yetirmişdir. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş K.Əhmədov yanvarın 4-də orada ölmüşdür. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Əsədi tutulmuşdur.