Samux rayonu ərazisində rayon sakini F.Musayev vurmaqda şübhəli bilinən sürücü Ə.Tanrıverdiyev tutulmuşdur
04.01.2012Yanvarın 4-də saat 18.30 radələrində Samux rayonunun Kolayır qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Fərhad Musayev vurulmuşdur. Nəticədə F.Musayev hadisə yerində ölmüşdür. Samux RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "VAZ-2107" markalı avtomaşının sürücüsü, rayon sakini Ələsgər Tanrıverdiyev tutulmuşdur. RPŞ tərəfindən araşdırmalar aparılır.