Qusar şəhəri ərazisində idarə etdiyi avtomaşınla şəhər sakini B.Mirzəhmədovu vurmaqda şübhəli bilinən sürücü E.Orucov tutulmuşdur
04.01.2012Yanvarın 4-də saat 21.10 radələrində Qusar şəhərinin ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Balaəhməd Mirzəhmədov vurulmuşdur. Nəticədə B.Mirzəhmədov hadisə yerində ölmüşdür. Qusar RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "Hyundai Tucson" markalı avtomaşının sürücüsü şəhər sakini Elbrus Orucov tutulmuşdur.
Qusar RPŞ tərəfindən araşdırmalar aparılır.
Qusar RPŞ tərəfindən araşdırmalar aparılır.