Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Hacıqabul rayonunun Padar kəndi ərazisində yol-nəqliyyat hadisəsi

04.01.2012

Yanvarın 4-də saat 14.40 radələrində Hacıqabul rayonunun Padar kəndi ərazisində Yevlax şəhər sakini Səftər Bayraməliyevin idarə etdiyi "MAN-327" markalı yük avtomaşını ilə Kürdəmir rayon sakini Natiq İsayevin idarə etdiyi "QAZ-31029" markalı avtomaşın toqquşmuş, sonradan S.Bayraməliyev idarəetməni itirərək avtomaşınını yolun kənarında dayanmış Hacıqabul rayon sakini Mirkazım Həsənova məxsus "VAZ-2106" markalı avtomaşına çırpmışdır. Nəticədə M.Həsənov və sərnişini, Ağsu rayon sakini Vüqar Müzəffərli, habelə N.İsayevin sərnişini, Ağsu şəhər sakini Kamil Talıbov hadisə yerində ölmüş, xəsarət almış N.İsayev isə xəstəxanaya yerləşdirilmişdir.

04.01.2012 tarixinə olan kriminal məlumatlar