Qaradağ rayonunun Qobustan qəsəbəsində avtomaşının təkərinin partlaması nəticəsində 1 nəfər ölmüş, 2 nəfər xəsarət almışdır
04.01.2012Yanvarın 4-də Qaradağ rayonunun Qobustan qəsəbəsindəki "Təzə Yurd" adlandırılan ərazidə yaşayan Ağazər Niftəlyiev özünə məxsus avtomaşının təkərini təmir edərkən təkər partlamışdır. Nəticədə A.Niftəliyev və ona kömək edən qonşuları Səxavət Balayev və Ramal Məmmədov xəsarət alaraq xəstəxanaya yerləşdirilmişlər. R.Məmmədov orada ölmüşdür.