Hacıqabul rayonunun Padar kəndi ərazisində yol-nəqliyyat hadisəsi
04.01.2012Yanvarın 4-də saat 14.40 radələrində Hacıqabul rayonunun Padar kəndi ərazisində Yevlax şəhər sakini Səftər Bayraməliyevin idarə etdiyi "MAN-327" markalı yük avtomaşını ilə Kürdəmir rayon sakini Natiq İsayevin idarə etdiyi "QAZ-31029" markalı avtomaşın toqquşmuş, sonradan S.Bayraməliyev idarəetməni itirərək avtomaşınını yolun kənarında dayanmış Hacıqabul rayon sakini Mirkazım Həsənova məxsus "VAZ-2106" markalı avtomaşına çırpmışdır. Nəticədə M.Həsənov və sərnişini, Ağsu rayon sakini Vüqar Müzəffərli, habelə N.İsayevin sərnişini, Ağsu şəhər sakini Kamil Talıbov hadisə yerində ölmüş, xəsarət almış N.İsayev isə xəstəxanaya yerləşdirilmişdir.