Gün ərzində 57 cinayət faktı qeydə alınmışdır
16.08.2011Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 57 cinayət faktı qeydə alınmış, onların da 31-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 13 nəfər isə yaralanmışdır.
- 16 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.