Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Novxanı qəsəbəsindəki dəniz çimərliyində bir qrup vətəndaşlara məxsus mobil telefonlar, qızıl və şəxsi əşyaları oğurlamış Corat qəsəbə sakinləri M.Abdullayev və Z.Musayev tutulmuşlar

16.08.2011

Avqustun 15-də və 16-da Novxanı qəsəbəsindəki dəniz çimərliyində, Ucar rayon sakinləri Orxan Məmmədova, Füzuli Ələkbərova və Abşeron rayon sakini Zakir Əliyevə məxsus mobil telefonlar, qızıl və şəxsi əşyalar oğurlanmışdır. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətmiş Corat qəsəbə sakinləri Mahir Abdullayev və Zaur Musayev tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların avqustun 16-da Ceyhun Həsənova, Vurğun Məmmədova, Elşən Əfəndiyevə məxsus pul, mobil telefon, geyim əşyaları və şəxsi sənədlər oğurlamaları da müəyyən edilmişdir.

16.08.2011 tarixinə olan kriminal məlumatlar