Avqustun 2-də Binə qəsəbəsi ərazisində S.Salahovun idarə etdiyi avtomaşınla vurulmuş İ.Aydəmirov avqustun 16-da xəstəxanada ölmüşdür
16.08.2011Avqustun 2-də saat 22.00 radələrində Suraxanı rayonunun Binə qəsəbəsi ərazisində, qəsəbə sakini Saleh Salahov "Opel Vektra" markalı avtomaşını idarə edərkən həmyerlisi İlkin Aydəmirovu vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş İ.Aydəmirov avqustun 16-da orada ölmüşdür.