Avqustun 16-da Binəqədi rayonu ərazisində E.Baxşəliyevə məxsus avtomaşından oğurlanmış qeydiyyat nişanları başqa avtomaşının üzərində aşkar edilmiş, həmin avtomaşın saxlanılmış, lakin sürücüsü düşərək qaçmışdır
16.08.2011Avqustun 16-da Binəqədi rayonu ərazisində Elşən Baxşəliyevə məxsus "VAZ-2107" markalı avtomaşından oğurlanmış dövlət qeydiyyat nişanları avqust ayının 17-də Moskva prospektində hərəkətdə olan "VAZ-2107" markalı qara rəngli avtomaşının üzərində aşkar edilmiş və müvafiq tədbirlər görülməsi üçün Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsinin Yol Patru Xidməti əməkdaşları məlumatlandırılmış, görülmüş tədbirlər nəticəsində avtomaşın saxlanılmışdır. Lakin sürücüsü düşərək qaçmışdır. Araşdırmalar zamanı avtomaşının Binəqədi rayonu ərzisindən qaçırılması və Füzuli rayon sakini Zaur Xankişiyevə məxsus olması müəyyən edilmişdir.