Bakı şəhər sakini İ.Əhədov Yasamal rayonu ərazisindən qaçırılmış, B.Dərvişova məxsus avtomaşınla birgə Sabunçu rayonu ərazisində saxlanılmışdır
16.08.2011Avqustun 17-nə keçən gecə Yasamal rayonu ərazisində, Bakı şəhər sakini Bayram Dərvişova məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Avqustun 18-də saat 00.44 radələrində Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər kameraları vasitəsi ilə qeyd edilən avtomaşının Aeroport istiqamətində hərəkətdə olması aşkar edilmişdir. Müvafiq tədbirlər görülməsi üçün Bakı BPİ-nin Dövlət Yol Polisi İdarəsinin Yol Patru Xidməti əməkdaşları məlumatlandırılmış, görülmüş tədbirlər nəticəsində sürücü Bakı şəhər sakini İlqar Əhədov Sabunçu rayonu ərazisində avtomaşınla birgə saxlanılmış və Yasamal RPİ-nə təhvil verilmişdir.