Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Ağamalıyev avtomaşını idarə edərkən həmyerlisi Z.İbrahimovu vurmuşdur
16.08.2011Avqustun 17-də saat 00.15 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində, Bakı şəhər sakini Teymur Ağamalıyev "VAZ-2107" markalı avtomaşını idarə edərkən həmyerlisi Zəfər İbrahimovu vurmuşdur. Z.İbrahimov aldığı xəsarətdən hadisə yerində ölmüşdür.