Biləsuvar rayonu ərazisində Cəbrayıl rayon sakini A.Həsənov avtomaşını idarə edərkən onu aşırmışdır
16.08.2011Avqustun 17-də saat 03.00 radələrində Biləsuvar rayonunun Səmədabad kəndi ərazisində, Cəbrayıl rayon sakini Ağabala Həsənov "VAZ-21074" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişini Etibar Əliyev aldığı xəsarətdən hadisə yerində ölmüşdür.