Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 21,6 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb
21.09.2026
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 21-də ümumi çəkisi 21,6 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Yabanı halda bitmiş 1 ton çəkidə 570 ədəd narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib
Sentyabrın 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1 ton çəkidə 570 ədəd narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Sentyabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 9 qumbara, 9 alışdırıcı, 6 tüfəng, 1 patron darağı və 75 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Evdən 10 min manatlıq oğurluq edən şəxslər saxlanılıblar
Paytaxtın Nizami rayonu ərazisində evlərdən birindən qızıl-zinət əşyaları və pul oğurlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı oğurluq əməlini törətməkdə şübhəli bilinən 31 yaşlı Nahid Abdullayev və 29 yaşlı Mədinə Babayeva müəyyən olunaraq saxlanılıblar. Araşdırmalar zamanı onlar evdən ümumilikdə təxminən 10 min manat dəyərində qızıl-zinət əşyaları və pul oğurladıqları müəyyən edilib.Faktla bağlı araşdırma aparılır.
Nizami rayonunda 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 33 yaşlı A.Aydınlı və 28 yaşlı H.Həsənov saxlanılıblar. Onlardan ümumilikdə 32 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb.Araşdırmalarla saxlanılan şəxslərin narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyətləri istintaqla araşdırılan xarici ölkə vətəndaşları vasitəsilə əldə etdikləri və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.Araşdırma davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 40 cinayətin açılması təmin olunub
20.09.2026
İtkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 19-da və 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 19-da və 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 39,1 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 19-da və 20-də ümumi çəkisi 39,1 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd narkotik tərkibli bitki aşkar olunaraq götürülüb
Sentyabrın 19-da və 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kultivasiya yolu ilə yetişdirilmiş 31 ədəd narkotik tərkibli bitki aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 1347 ədəd narkotik tərkibli bitki isə aşkarlanaraq məhv edilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.