Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
22.07.2026
İyulun 22-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 qumbara və 8 tüfəng aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub
21.07.2026
Oğurluq edən şəxslər saxlanılıblar
Nəsimi rayonu ərazisində yerləşən avtomobil təmiri sexindən zərərçəkənə məxsus “Chevrolet” markalı avtomobilin 5 min manat dəyərində ehtiyat hissələri oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən 22 yaşlı Z.Abbasov müəyyən edilərək saxlanılıb.Rayon ərazisində polis əməkdaşlarının keçirdikləri digər tədbir zamanı isə iaşə obyektindən 2600 manat dəyərində 2 ədəd planşet və mobil telefon oğurlamaqda şübhəli bilinən 50 yaşlı A.Bayramzadə də müəyyən edilərək saxlanılıb.Araşdırmalar davam etdirilir.
Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb
Paytaxtın Xətai rayonu ərazisində zərərçəkənə məxsus "Subaru" markalı avtomobil oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən A.Həsənov Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən saxlanılıb. Araşdırmalarla şübhəli şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşdığı məlum olub.Faktla bağlı araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının iyulun 21-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 4 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 21-də ümumi çəkisi 10 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Yabanı halda bitmiş 6000 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib
İyulun 21-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 6000 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub
20.07.2026
İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyulun 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.