Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 17,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
05.05.2026
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 5-də ümumi çəkisi 17,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Mayın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 6 avtomat silahı, 3 pulemyot, 1 tapança, 14 qumbara, 1 mərmi, 6 tüfəng, 13 patron darağı və 310 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 50 cinayətin açılması təmin olunub
04.05.2026
Nizami rayonunda market, ev və avtomobillərdən oğurluq edən 3 nəfər saxlanılıb
Paytaxtın Nizami rayonunda müxtəlif vaxtlarda 5 nəfərə məxsus mobil telefonlar onların işlədikləri məkanlar və avtomobillərdən oğurlanıb. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı İmran Həmidov saxlanılıb. Onun paytaxtın digər rayonlarında da analoji cinayətlər törətdiyinə görə axtarışda olduğu müəyyən edilib.Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər tədbirlər zamanı isə ev və marketlərdən oğurluq etməkdə şübhəli bilinən 29 yaşlı Vüsal Əliyev və 28 yaşlı Fərid Əliyev də müəyyən edilərək saxlanılıblar.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 4-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 4-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 14,1 kiloqrama yaxın narkotik vasitə götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 4-də ümumi çəkisi 14,1 kiloqrama yaxın narkotik vasitə və 4491 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Mayın 4-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 tüfəng, 1 patron darağı və 39 ədəd patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 45 cinayətin açılması təmin olunub
03.05.2026
Usta və qonaq qismində evlərdən oğurluq edən şəxslər saxlanıldılar
Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyası və nağd pul vəsaiti naməlum şəraitdə talanıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlə 24 yaşlı M.Abbasov qeyd olunan əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun qonaq getdiyi qohumu evində zərərçəkənin diqqətinin yayınmasından sui-istifadə edərək oğurluq əməlini törətdiyi məlum olub.Nərimanov rayonunda isə evlərin birindən 3060 manat oğurlamaqda şübhəli bilinən 34 yaşlı Ə.Əzizi də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, usta kimi çalışdığı evdən pul vəsaitini talayıb.Faktlarla bağlı araşdırmalar aparılır.