Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 35,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
11.06.2026
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 11-də ümumi çəkisi 35,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 24 kiloqramdan çox marixuana, 6,7 kiloqrama yaxın həşiş, 2 kiloqrama yaxın tiryək, 1,5 kiloqrama yaxın heroin, 1 kiloqramdan artıq metamfetamin, həmçinin 1113 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Yabanı halda bitmiş 10,2 ton çəkidə çətənə kolu aşkar olunaraq məhv edilib
İyunun 11-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 10,2 ton çəkidə 21235 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
İyunun 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 2 tapança, 1 qumbaraatan, 5 tüfəng, 28 patron darağı və 979 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 66 cinayətin açılması təmin olunub
10.06.2026
Evdən 70 min manatlıq qızıl oğurlayan şəxs saxlanılıb
Nərimanov rayonunda yerləşən evlərin birindən ümumi dəyəri 70 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 35 yaşlı Elgüc Məmmədov saxlanılıb.Araşdırmalar zamanı məlum olub ki, o, zərərçəkənlərin evdə olmadığını öyrəndikdən sonra mənzilə daxil olub. E.Məmmədov oğurluq edəndən sonra isə diqqət çəkməmək üçün ev sahibinə məxsus gödəkçəni geyinərək hadisə yerindən uzaqlaşıb. Araşdırma aparılır.
Sabunçuda evdən 14 min manatlıq qızıl oğurlayanlar saxlanılıblar
Paytaxtın Sabunçu rayonunda evlərin birindən qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı A.Xəlilova və 26 yaşlı İ.Quluzadə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, onlar hissə-hissə evdən ümumi dəyəri 14 min manat olan qızıl-zinət əşyalarını talayıblar.Araşdırmalar davam etdirilir.
Müştəri kimi mağazaya daxil olub telefon oğurlayanlar saxlanılıblar
Nərimanov rayonunda yerləşən elektronika mağazalarının birindən 3800 manat dəyərində mobil telefon oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.Ağayev və S.Sadıqov müəyyən edilərək saxlanılıblar.Onlar müştəri qismində mağazaya daxil olub, satıcının başının qarışıq olmasından istifadə edərək əməli törədiblər. Araşdırma aparılır.
Xətaidə evdən oğurluq edən şəxs saxlanılıb
Xətai rayonunda evlərin birindən ümumi dəyəri 1700 manat olan pul və gümüş əşyalar oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluqla əlaqəli cinayətə görə məhkum olunmuş 32 yaşlı O.Həmzəyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, o, evin pəncərəsinin açıq olmasından istifadə edərək əməli törədib.Araşdırmalar davam etdirilir.
DİN tərəfindən qanunsuz dövriyyədən çıxarılmış 5 tona yaxın narkotik vasitə və psixotrop tərkibli həb məhv edildi
İyunun 11-də polis əməkdaşları tərəfindən aşkarlanan müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının növbəti məhv edilməsi prosesi keçirilib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriyyədən çıxarılan və məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 4 ton 576 kiloqram müxtəlif narkotik vasitə və 122 min 367 ədəd psixotrop tərkibli həb paytaxtın Sabunçu rayonu ərazisində məhv edilib.
İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
İyunun 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.