Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 7,5 kiloqramdan artıq narkotik vasitə və 18085 ədəd metadon həbi götürülüb
26.04.2026
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 25-də və 26-da ümumi çəkisi 7,5 kiloqramdan artıq narkotik vasitə və 18085 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Aprelin 25-də və 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 6 tüfəng, 580 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
25.04.2026
24.04.2026
Aprelin 24-də ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
İtkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Aprelin 24-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının aprelin 24-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 18 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 18,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 24-də ümumi çəkisi 18,2 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
Aprelin 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 tapança, 5 tüfəng, 3 patron darağı və 21 patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 89 cinayətin açılması təmin olunub
23.04.2026
Binədə 9 mənzildən oğurluq edən şəxs həbs edilib
Xəzər rayonu Binə qəsəbəsində yerləşən 9 mənzildən müxtəlif vaxtlarda pul və qızıl-zinət əşyaları oğurlanıb.Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməlləri törətməkdə təqsirli bilinən 46 yaşlı Məzahir Əliyev müəyyən olunaraq saxlanılıb.Həmin şəxsdən oğurladığı əşyaların bir qismi aşkar olunaraq maddi sübut kimi götürülüb.Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.