Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Polis mənzil almaq adı ilə dələduzluq edən şəxsi saxlayıb
07.09.2026
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin etibarından sui-istifadə edərək onun maddi vəsaitini ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı X.Məmmədov saxlanılıb.Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənə mənzil almaqda köməklik edəcəyi ilə bağlı yalan vəd verərək dələduzluq etdiyi və ümumilikdə 15 min manat pulunu mənimsədiyi müəyyən olunub.Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Binəqədi rayonunda velosiped oğrusu saxlanılıb
Paytaxtın Binəqədi rayonunda dörd nəfərə məxsus dəyəri 2000 manatdan çox olan velosipedlər oğurlanıb.Daxil olmuş məlumatlar əsasında Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 47 yaşlı Hikmət Burcəliyev müəyyən edilərək saxlanılıb.Araşdırmalarla o, binaların blokunda, eyni zamanda digər ərazilərdə sahibsiz olan velosipedləri günün müxtəlif vaxtlarında talayıb.Faktla bağlı ərazi polis orqanında araşdırma aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 10 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 20 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 7-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 20 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 13,1 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 7-də ümumi çəkisi 13,1 kiloqram narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Yabanı halda bitmiş 1,8 ton çəkidə 2677 ədəd narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib
Sentyabrın 7-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə yabanı halda bitmiş 1,8 ton çəkidə 2677 ədəd narkotik tərkibli bitki aşkarlanaraq məhv edilib.Bu istiqamətdə tədbirlər davam etdirilir.
Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 10 tüfəng və 15 ədəd patron aşkar edilərək götürülüb
Sentyabrın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 tapança, 10 tüfəng və 15 ədəd patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 55 cinayətin açılması təmin olunub
06.09.2026
İtkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Sentyabrın 5-də və 6-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının sentyabrın 5-də və 6-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.