Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Qusar rayonu şəhid Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta məktəbin direktoru Arif Xəlilov göndərdiyi məktubunda təhsil müəssisəsinin su ilə təmin olunmasında göstərdikləri dəstəyə görə RPŞ-nin Şahdağ Polis Bölməsinin əməkdaşlarına öz dərin minnətdarlığını bildirir.

Astara rayon sakini Namiq Hüseynov DİN-ə ünvanladığı məktubunda mütəşəkkil cinayətkarlıqla, korrupsiya və beynəlxalq terrorçuluqla mübarizədə polisin fəaliyyətini yüksək qiymətləndirir.

Daşkəsən rayon sakini Sadıx Alıyev göndərdiyi minnətdarlıq məktubunda Rayon Polis Şöbəsinin əməkdaşlarından razılığını bildirir və onlara təşəkkür edir.

Tovuz rayonu Qovlar kənd sakini Ələsgər Alıyev DİN-ə ünvanladığı məktubunda təhlükəsizliyin təmin olunmasında və asayişin qorunmasında göstərdikləri xidmətə görə Qovlar Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

İmişli rayonu Yalavac kənd sakini Qəhrəman Qəhrəmanov göndərdiyi məktubunda Şəki şəhərində qonaq olarkən polis əməkdaşlarının vətəndaşlarla xoş və səmimi rəftarının şahidi olduğunu vurğulayır, buna görə DİN rəhbərliyinə minnətdarlıq edir.

Siyəzən rayonu Qalaaltı kənd sakini İsrail Məmmədov DİN-ə ünvanladığı məktubunda baş vermiş cinayət hadisələrinin tez bir zamanda açılması və cinayətkarların ifşa olunması ilə əlaqədar RPŞ-nin post-patrul xidmətinin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirir.

Bərdə rayon sakini Zəfər Mamayev məktubunda ona göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyinə öz minnətdarlığını bildirir.

Siyəzən rayon sakini Ağamirzə Quliyev DİN-ə ünvanladığı məktubunda RPŞ-nin şəxsi heyətinin narkomaniya və cinayətkarlığa qarşı apardıqları mübarizədən razılığını bildirir və buna görə onlara təşəkkür edir.

Salyan şəhər sakini Fərqanə Həsənova göndərdiyi məktubunda yol nəqliyyatı hadisəsi zamanı yaranmış problemin aradan qaldırılmasında polis əməkdaşlarının göstərdikləri dəstəyə görə onlara minnətdarlığını bildirir.