Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşayan Amil Feyzullayev Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda ölkəmizdə elan edilmiş xüsusi karantin rejimi qaydalarının təmin olunması istiqamətində polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri yüksək qiymətləndirir, öz xidməti borcunu ləyaqətlə yerinə yetirən, gecə-gündüz xidmət aparan bütün polis əməkdaşlarına çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Şirvan şəhər sakini Samid Əmiraliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Şirvan ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Gəncə şəhər sakini Nərgiz Qasımova ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Gəncə ŞBPİ-nin şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Bakı şəhər sakini Aydın Əzimov da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını yazır.

Bərdə rayon sakini Mətləb Zeynalov ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Bərdə RPŞ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.

Füzuli rayonundan məcburi köçkün Baxış Əliyev ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.

Sabirabad rayon sakini Taleh Qəhrəmanov ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Sabirabad RPŞ-nin şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Göygöl rayon sakini Nürəddin Hüseynov da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, eləcə də fədakarlıq nümayiş etdirdiklərinə görə DİN rəhbərliyinə və Göygöl RPŞ-nin əməkdaşlarına minnətdarlığını yazır.

Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru A.M.Kəlbiyev ölkəmizdə elan olunmuş karantin rejimi müddətində “Lənkəran rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsə təhkim olunmuş “Lənkəran Sprinq” otelin mühafizəsinin xüsusi qaydalara uyğun təşkil olunmasında, asayişin və təhlükəsizliyin qorunmasında, eləcə də xidməti vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə DİN rəhbərliyinə, Baş Mühafizə İdarəsinə və Lənkəran Rayonlararası Mühafizə Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.