Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Astara rayonunun Rüdəkənar kənd sakini Məmməd Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda Rayon Polis Şöbəsinə etdiyi müraciətin obyektiv şəkildə araşdırılmasına və ona dəyən maddi ziyanın ödənilməsinə görə öz minnətdarlığını bildirir.

Astara rayonunun Ərçivan qəsəbə sakini Elman Məstiyev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona və qardaşına məxsus evlərdən oğurluq edən şəxslərin Astara RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmasına və dəyən maddi ziyanın tam şəkildə ödənilməsinə görə razılığını ifadə edir.

Bakı şəhər sakini Telman Abbasov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda oğlunun daxili işlər orqanlarında xidmət etdiyini bildirir. O, gənc əməkdaşlara göstərilən diqqət və qayğının, etimadın təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Zərifəxanım Məlikova koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də maddi çətinliyi olan ailələrə etdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Leyla Həsənova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin şəxsi heyətinə təşəkkürünü ifadə edir.

Quba rayon sakini İlham Səfərəliyev DİN rəhbərliyinə ünvanladığı məktubunda müraciətinə tez bir zamanda baxılaraq ona dəyən maddi ziyanın ödənilməsində göstərdikləri köməyə görə DİN rəhbərliyinə və Quba Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakinləri Rəsmiyyə Salahova və Fikrət Camalov üzləşdikləri problemlərlə əlaqədar etdikləri müraciətlərə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Şabran rayon sakini Rəşad Əlizadə etdiyi müraciətə həssaslıqla yanaşılaraq tez bir zamanda həll olunmasında göstərdikləri köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Ramilə Bunyatova müraciətinə operativ baxılmasına görə DİN rəhbərliyinə təşəkkür edir.