Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Quba rayon sakini Zaur Əbilov göndərdiyi məktubunda RPŞ-nin fəaliyyətindən razılığını bildirir və buna görə DİN rəhbərliyinə təşəkkür edir.

Cəlilabad rayon sakini Saleh Əsgərov göndərdiyi məktubunda yazır ki, iyunun 6-da ona məxsus bir baş inəyin oğurlanması ilə bağlı RPŞ-yə ərizə ilə müraciət edilib. Polis əməkdaşlarının səyi nəticəsində hadisəni törətmiş şəxs saxlanılıb və vətəndaşa dəymiş zərər ödətdirilib. S. Əsgərov buna görə RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Vüsal İsgəndərov göndərdiyi məktubunda yazır ki, ona qarşı edilmiş dələduzluqla bağlı DİN rəhbərliyinə etdiyi müraciətdən sonra məsələyə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən baxılıb. Aparılan araşdırma öz müsbət nəticəsini verib və vətəndaşa dəymiş ziyan ödətdirilib. V. İsgəndərov buna görə DİN rəhbərliyinə və BMCMİ-nin əməkdaşlarına təşəkkür edir.

Şirvan şəhər sakini Türkan Əliyeva göndərdiyi məktubunda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin fəaliyyətini yüksək qiymətləndirir, ona dəymiş ziyanın ödənilməsində göstərdikləri köməyə görə polis əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Pərvanə Cəfərova DİN-ə ünvanladığı məktubunda ona göstərdikləri köməyə görə Xəzər RPİ 1-ci Polis Bölməsinin əməkdaşları – Anar Hacıyevə və Azər Səmədova təşəkkür edir.

Astara rayonu Şiyəkənd kənd sakinləri göndərdikləri məktubda Rayon Polis Şöbəsinin əməkdaşlarının fəaliyyətindən razılıqlarını bildirir və DİN rəhbərliyinə minnətdarlıq еdirlər.

Bakı şəhər sakini Musa Əhmədov göndərdiyi məktubunda ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Tеymur Məmmədov DİN-ə ünvanladığı məktubunda Qaradağ Rayon Polis İdarəsinin fəaliyyətindən və idarənin Təhqiqat Şöbəsinin rəisi, polis mayoru Bahadur Əliyеvdən razılığını bildirir, ona göstərilən dəstəyə görə minnətdarlıq еdir.

Bakı şəhər sakini Tahir Abdullayеv göndərdiyi məktubunda ona göstərilən köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.