Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
18.05.2020 - Quba rayonunun İdrisqışlaq kənd sakini Xurşud Nizamova DİN rəhbərliyinə...
Quba rayonunun İdrisqışlaq kənd sakini Xurşud Nizamova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus fərdi yaşayış evindən oğurluq edən şəxslərin qısa bir müddət ərazində müəyyən edilərək məsuliyyətə cəlb edilməsinə görə DİN və Quba Rayon Polis Şöbəsinin rəhbərliklərinə, eləcə də bütün polis əməkdaşlarına öz minnətdarlığını bildirir.
18.05.2020 - Quba rayonunun Alpan kənd sakini Şahnəzər Rəsulov rayon ərazisində...
Quba rayonunun Alpan kənd sakini Şahnəzər Rəsulov rayon ərazisində sabitliyin, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.
18.05.2020 - Salyan rayon sakini Rüxsarə Dadaşova DİN-ə ünvanladığı məktubunda azyaşlı...
Salyan rayon sakini Rüxsarə Dadaşova DİN-ə ünvanladığı məktubunda azyaşlı oğlunun itkin düşməsi ilə bağlı Rayon Polis Şöbəsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşlarının operativliyi sayəsində övladının qısa müddətdə tapıldığına görə Salyan RPŞ-nin əməkdaşlarına minnətdarlığını ifadə edir.
18.05.2020 - Bakı şəhər sakini Emin Rafullayev ictimai asayişin etibarlı qorunmasının və...
Bakı şəhər sakini Emin Rafullayev ictimai asayişin etibarlı qorunmasının və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində görülən qətiyyətli tədbirlərin təqdirəlayiq olduğunu qeyd edərək DİN rəhbərliyinə və əməkdaşlarına xidmətlərində uğurlar arzulayır.
18.05.2020 - Gəncə şəhər sakini Anar Dadaşov daxili işlər orqanlarında xidmətə qəbul...
Gəncə şəhər sakini Anar Dadaşov daxili işlər orqanlarında xidmətə qəbul zamanı yaradılan şəffaflığa görə cənab nazir başda olmaqla DİN əməkdaşlarına təşəkkürünü bildirir.
18.05.2020 - Bakı şəhər sakini Rəna Təhməzova üzləşdiyi problemlə əlaqədar etdiyi...
Bakı şəhər sakini Rəna Təhməzova üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq tez bir zamanda həll olunmasında göstərdikləri köməkliyə görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
18.05.2020 - DİN-in Feysbuk səhifəsinin izləyicisi Mehman Nəbiyev səhifə üzərindən etdiyi...
DİN-in Feysbuk səhifəsinin izləyicisi Mehman Nəbiyev səhifə üzərindən etdiyi müraciətə operativ baxıldığına və məsələnin həll edildiyinə görə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlıq edir.
18.05.2020 - Samir Zeynalov adlı Feysbuk istifadəçisinin yazdığı statusu diqqətinizə...
Samir Zeynalov adlı Feysbuk istifadəçisinin yazdığı statusu diqqətinizə çatdırırıq: “Mayın 8-də bir qrup şəxsin mənə qarşı qeyri-qanuni və qeyri-etik hərəkətlərinə görə "Facebook" üzərindən etdiyim şikayətə qısa müddətdə reaksiya verərək məni şəxsən qəbul edən və bu barədə əsaslı tədbir görən Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq şöbəsinin əməkdaşlarına öz dərin minnətdarlığımı bildirirəm.”
16.05.2020 - Vali Mammadov adlı Facebook istifadəçisi öz səhifəsində pandemiya ilə...
Vali Mammadov adlı Facebook istifadəçisi öz səhifəsində pandemiya ilə mübarizədə polis əməkdaşlarına minnətdarlığını bildirir. O, yazdığı statusunda qeyd edir: “Bu karantin dövründə çox əziyyətli və vacib iş görmüş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşlarına minnətdarlığımı bildirmək istərdim. Öz işlərini layiqincə yetirmələri ilə yanaşı həmişə gülərüz və hörmətlə davranırlar. Bütün postlarda vətəndaşlarla düzgün və professional rəftar ediblər. Polisimizi daim belə gülərüz, zarafatçıl görmək istərdim. İşinizdə uğurlar!”