Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Turqut Bəkirli cinayətkarlıqla, habelə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qətiyyətli mübarizədə, ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında vəzifə borclarının öhdəsindən layiqincə gəldiklərinə görə Azərbaycan Polisinə təşəkkürünü bildirir.

Vətəndaş Vəfa Yaqubova cinayətkarlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı atılan qətiyyətli addımlara, həyata keçirilən uğurlu tədbirlərə, o cümlədən vətəndaşlarla mehriban rəftara görə Azərbaycan Polisinə təşəkkür edir.

Bakı şəhər sakini Hüseyn Məmmədov DİN-ə ünvanladığı müraciətdə axtarışda olan şəxsin qısa zamanda saxlanılaraq istintaqa təhvil verildiyinə görə DİN rəhbərliyinə və Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşlarına minnətdarlıq edir.

Cəlilabad rayonunun Privolnoye kənd sakini Sakit Məmmədov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda müraciətinə operativ baxılaraq obyektiv həll olunduğuna görə Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Orxan Xancanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda özünə və oğluna məxsus velosipedlərin oğurlanması ilə bağlı Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşlarının operativliyi sayəsində oğurluğu törədən şəxsin qısa müddətdə müəyyən edilərək saxlanıldığını və velosipedlərinin onlara qaytarıldığını qeyd edir. O.Xancanov müraciətinə operativ baxıldığına və peşəkarlıqla keçirilən tədbirlərlə görə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Qubadlı rayon sakini Hicran Məmmədova müraciətinə operativ və obyektiv baxılaraq probleminin aradan qaldırılmasında ona göstərilən köməyə görə Qaradağ Rayon Polis İdarəsinin rəhbərliyinə minnətdarlığını bildirir. O, Azərbaycan Polisinə xidməti fəaliyyətlərində uğurlar diləyir.

İsmayıllı rayon sakini Sənubər Qasımova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə obyektiv baxılaraq, həll olunmasında göstərdikləri köməkliyə görə, İsmayıllı RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına ailə üzvləri adından öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Aygün Əmiraslanova Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda Xətai RPİ-nin 37-ci Polis Şöbəsində müraciətinə operativ baxıldığını və qəbul edilərək nəzakətlə qarşılandığını qeyd edir. O, obyektiv araşdırma aparılaraq müraciətinin müsbət həll olunduğuna və dəymiş maddi ziyanın ödətdirilməsinə görə Xətai RPİ-nin və 37-ci Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.

Laçın rayon sakini Sahib Hətəmov DİN-ə ünvanladığı təşəkkür məktubunda özünə məxsus mobil telefonunun oğurlanması ilə əlaqədar müraciətinə operativ şəkildə yanaşılmasına və tez bir zamanda tapılmasına görə Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşlarına minnətdarlığını bildirir.