Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Keşlə qəsəbəsindəki 278 saylı uşaq bağçasında müvəqqəti məskunlaşan, Cəbrayıldan olan məcburi köçkün yazıçı-jurnalist Sərməst Seyidəliyev baş vermiş oğurluq hadisəsi ilə bağlı etdiyi müracətə operativ yanaşdığına, qısa zaman kəsiyində oğurluqda şübhəli bilinən şəxsin müəyyən olunmasına və ona dəymiş ziyanın ödətdirilməsinə görə Nizami RPİ-nin 23-cü PB-nin rəhbərliyinə, eləcə də sahə rəisi, polis leytenantı Həbib Süleymanova təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nadir Hacıyev Qobustan rayonu ərazisində itirdiyi sənədlərinin Şöbəyə etdiyi müraciətdən sonra qısa zaman kəsiyində tapılmasında göstərdikləri köməyə və səmimi münasibətə görə həmkarlarımıza təşəkkürünü bildirir.

Masallı rayon sakini Orucəli Səfərov şikayəti ilə bağlı Cəlilabad RPŞ tərəfindən tam obyektiv və qəzərsiz aparılan istintaqın gedişindən razılığını ifadə edir.

Cəlilabad rayon sakini Bariz Məhərrəmov etdiyi müracətə çevik reaksiya verdiyinə görə Naftalan RPŞ-nin rəhbərliyinə və şəxsi heyətinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Elxan Məlikov vəzifə borclarının öhdəsindən layiqincə gələn, ölkəmizdə sabitliyi, əmin-amanlığı qorumaq üçün gecəli-gündüzlü xidmət aparan həmkarlarımıza xidmətlərində uğurlar arzulayır.

Bakı şəhər sakini Gülşən Dadaşova şikayət ərizəsinə vaxtında baxıldığına və üzləşdiyi problemin həllində göstərdiyi köməkliyə görə İsmayıllı Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Cəmilə Mehdiyeva övladının xidmət yerinin dəyişdirilməsində göstərdiyi köməkliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Göyçay şəhər sakini Ceyhun Mütəllimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində ictimasi asayişin qorunmasına, sabitliyin yüksək səviyyədə təmin edilməsinə, cinayətkarlığa qarşı aparılan mübarizəyə görə Göyçay RPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Şəki Rayon Mərkəzi Xəstəxanasının kollektivi adından DİN rəhbərliyinə ünvanlanmış təşəkkür məktubunda Şəki Xan Sarayında baş vermiş hadisə zamanı polis əməkdaşlarının yaralıların daşınmasında, eləcə də digər məsələlərdə səhiyyə işçilərinə göstərdikləri köməkliyə görə ŞRPŞ əməkdaşlarına minnətdarlıq ifadə olunur.