Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Şəki şəhər sakini Yusif Abdullayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda ona məxsus fərdi yaşayış evindən oğurluq edən şəxslərin tutularaq məsuliyyətə cəlb olunmalarına, oğurlanmış pul və qızıl-zinət əşyalarının ona geri qaytarılmasına görə Şəki ŞRPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Vətəndaş Mehparə Həbilova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ reaksiya verilərək həll olunmasına görə Balakən RPŞ-nin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Bakı şəhər sakini Dilavər Mirzəyev sentyabrın 9-da Binə qəsəbəsindəki həyətindən xırdabuynuzlu heyvanlarının oğurlanması faktı ilə bağlı Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət etdiyini bildirir. O, polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə heyvanlarının qısa müddətdə tapılaraq ona təhvil verildiyini qeyd edir. D.Mirzəyev müraciətinə dərhal reaksiya verilməsinə və operativ tədbirlərə görə 3-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.

DİN-in “Facebook” səhifəsinin izləyicisi Azər Cəbiyev itmiş telefonunu “20 Yanvar” metrostansiyasının qarşısında taparaq ona təhvil verən həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına təşəkkürünü bildirir.

Bakı şəhər sakini Nigar Məmmədova müraciətinə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Mingəçevir şəhər sakini İqrar Həsənov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və şəxsi heyətə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Rövşən Məmmədov müraciətinə operativ baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Gəncə şəhər sakini Sübhanə Musayeva üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə həssaslıqla yanaşılaraq qısa zaman kəsiyində həll olunmasına görə DİN rəhbərliyinə və Kəlbəcər RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Beyləqan rayon sakini Cavad Cəlilov məktubunda müraciətinə həssaslıqla yanaşıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll olunduğuna görə DİN rəhbərliyinə və Beyləqan RPŞ-nin əməkdaşlarına təşəkkürünü bildirir.