Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
02.10.2020 - Bakı şəhər sakini Həqiqət Abbasova DİN-ə ünvanladığı məktubunda müraciətinə...
Bakı şəhər sakini Həqiqət Abbasova DİN-ə ünvanladığı məktubunda müraciətinə obyektiv baxılaraq müsbət həll olunduğuna görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.
30.09.2020 - Bakı şəhər sakini Siyavuş Kərimi DİN-ə ünvanladığı məktubda DİN-in “Xəzri”...
Bakı şəhər sakini Siyavuş Kərimi DİN-ə ünvanladığı məktubda DİN-in “Xəzri” Sağlamlıq və İstirahət Mərkəzində xidmət edən personaldan Mərkəzdə yaradılan şəraitdən razılıq edir, təşəkkürünü bildirir.
30.09.2020 - Bakı şəhər sakini Naci Hüseynov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi...
Bakı şəhər sakini Naci Hüseynov DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə operativ və tez baxılmasına, ona dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə təşəkkürünü bildirir.
30.09.2020 - Bakı şəhər sakini Fəxrəddin Manafov DİN-ə ünvanladığı məktubda DİN-nin...
Bakı şəhər sakini Fəxrəddin Manafov DİN-ə ünvanladığı məktubda DİN-nin “Xəzri” Sağlamlıq və İstirahət Mərkəzinin rəhbərliyindən, orada xidmət aparan personalın istirahətə gələnlərlə xoş və səmimi davranışından və Mərkəzdə yaradılan şəraitdən razılıq edir, təşəkkürünü bildirir.
30.09.2020 - Bakı şəhər sakini Rauf İbrahimov “Yamaha-75” markalı qayığının matorunun,...
Bakı şəhər sakini Rauf İbrahimov “Yamaha-75” markalı qayığının matorunun, çoxsaylı balıq torlarının oğurlanması ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
30.09.2020 - Bakı şəhər sakini Bəxtiyar Cavadov üzləşdiyi problemlə əlaqədar etdiyi...
Bakı şəhər sakini Bəxtiyar Cavadov üzləşdiyi problemlə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında göstərdikləri köməkliyə görə DİN rəhbərliyinə və Səbail RPİ 9-cu Polis Bölməsinin şəxsi heyətinə təşəkkürünü ifadə edir.
30.09.2020 - Ağsu rayon sakini Ümüd Mirzəyev ictimai qaydanın və təhlükəsizliyin təmin...
Ağsu rayon sakini Ümüd Mirzəyev ictimai qaydanın və təhlükəsizliyin təmin olunmasında, hüquqazidd əməllərin qarşısının alınmasında, o cümlədən koronavirus pandemiyası ilə mübarizədə həyata keçirilən karantin tədbirlərində polis əməkdaşlarının xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, fədakarlıq nümayiş etdirdiklərinə, eləcə də ehtiyacı olan ailələrə göstərdikləri ərzaq yardımlarına görə DİN rəhbərliyinə və Ağsu RPŞ-nin əməkdaşlarına minnətdarlığını yazır.
30.09.2020 - Bakı şəhər sakini Gülnisə Qədirli DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Gülnisə Qədirli DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə çevik münasibət göstərilərək oğurlanmış telefonunun tapılıb tez bir zamanda ona təhvil verilməsində göstərdikləri köməyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir. Azərbaycan Polisinin vətəndaşlara göstərdiyi peşəkar və operativ xidməti yüksək dəyərləndirir və fəaliyyətlərində uğurlar diləyir.
30.09.2020 - Ağsu rayon sakini Tofiq Abdullayev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq...
Ağsu rayon sakini Tofiq Abdullayev DİN rəhbərliyinə ünvanladığı minnətdarlıq məktubunda ictimai asayişin qorunmasında, cinayətkarlıqla mübarizədə, pandemiya dövründə qaydalara riayət olunmasında Azərbaycan Polisinin rolunu yüksək dəyərləndirir, Ağsu Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.