Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
29.09.2020 - Bakı şəhər sakini Ağasət Cavadzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Bakı şəhər sakini Ağasət Cavadzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı görülən uğurlu və qətiyyətli tədbirlərə görə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.
29.09.2020 - Biləsuvar rayon sakini Zərqələm Hacıyeva DİN rəhbərliyinə ünvanladığı...
Biləsuvar rayon sakini Zərqələm Hacıyeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda dələduzluq yolu ilə qızıl-zinət əşyalarını və pulunu mənimsəyən şəxslərin Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılmasına və ona dəyən maddi ziyanın ödənilməsinə görə razılğını bildirir.
29.09.2020 - Biləsuvar şəhər sakini Məmmədhüseyn Ağayev DİN rəhbərliyinə ünvanladığı...
Biləsuvar şəhər sakini Məmmədhüseyn Ağayev DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda xidməti vəzifələrinin öhdəsindən layiqincə gəldiyinə və vətəndaşlara qarşı sərgilənən yüksək mədəni davranışa görə Qaradağ RPİ-nin rəhbərliyindən razılığını ifadə edir.
29.09.2020 - Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini Zinaida Abbasova DİN...
Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini Zinaida Abbasova DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda qonşuları ilə yaranan anlaşılmazlığın aradan qaldırılmasına və müraciətlərə verilən operativ reaksiyaya görə polis əməkdaşlarına minnətdarlığını bildirir.
29.09.2020 - Astara rayonunun Pensər kənd sakini Günel Ağayeva DİN rəhbərliyinə...
Astara rayonunun Pensər kənd sakini Günel Ağayeva DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə operativ olaraq baxılmasına, Astara RPŞ-nin rəhbərliyi tərəfindən qəbul edilməsinə və probleminin həllini tapmasına görə minnətdarlığını ifadə edir.
29.09.2020 - Ucar rayon sakini Murad Zeynalov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Ucar rayon sakini Murad Zeynalov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə verilən çevik reaksiyaya görə Astara Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.
29.09.2020 - Biləsuvar şəhər sakini Mahir Rəhimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür...
Biləsuvar şəhər sakini Mahir Rəhimov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinin müsbət həllini tapmasına və ona köməklik göstərilməsinə görə minnətdarlığını ifadə edir.
29.09.2020 - Qazaxıstan vətəndaşı Cəmilə Məmmədova DİN-in “İnstagram” səhifəsinə Quba...
Qazaxıstan vətəndaşı Cəmilə Məmmədova DİN-in “İnstagram” səhifəsinə Quba rayonunda dünyasını dəyişmiş atasının pasportunun tapılıb Qazaxıstana göndərilməsi ilə bağlı etdiyi müraciətə operativ reaksiya verildiyinə görə DİN rəhbərliyinə və Quba RPŞ-nin əməkdaşlarına öz təşəkkürünü bildirir.
29.09.2020 - Bakı şəhər sakini Elnurə Həsənova telefon oğurluğu ilə bağlı müraciətinə...
Bakı şəhər sakini Elnurə Həsənova telefon oğurluğu ilə bağlı müraciətinə Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində operativ baxıldığına, qısa müddətdə bu cinayət əməlini törədən şəxsin saxlanıldığına və mobil telefonunun ona qaytarıldığına görə DİN rəhbərliyinə və Binəqədi RPİ-nin şəxsi heyətinə təşəkkürünü bildirir.