Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Ucar rayon sakini Tacir Xəlilov ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunmasında, eləcə də şəhid ailələrinə, qazilərə, veteranlara göstərilən diqqət və qayğıya görə Ucar Rayon Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir. 

Bakı şəhər sakini üzləşdiyi oğurluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində cinayətkarların tutulmasında, eləcə də əşyalarının ona qaytarılmasında göstərdikləri köməkliyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü ifadə edir. 

Şirvan şəhər sakini Baladdaş Sağıyev şəhid ailələrinə, qazilərə, veteranlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Polisinə minnətdarlığını yazır.

Sumqayıt şəhər sakini Könül Kazımova üzləşdiyi dələduzluq hadisəsi ilə əlaqədar etdiyi müraciətə operativ reaksiya verilərək qısa zaman kəsiyində həll olunmasında, eləcə də ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərdikləri köməkliyə görə Sumqayıt ŞPİ-nin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirir. 

Vətəndaş, “beynəlxalq informasiya agentliyi.az” saytının təsisçi-baş redaktoru Şahmar Zərdabi ictimai asayişin və təhlükəsizliyin təmin olunmasında, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının, konstitusion hüquqlarının etibarlı qorunmasında göstərdikləri fədakar xidmətlərə görə Şirvan Şəhər Polis Şöbəsinin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını ifadə edir.

Vətəndaş Ərtoğrul Kamalov sosial şəbəkə vasitəsilə etdiyi müraciətə həssaslıqla yanaşılmasına, göstərilən operativliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir. 

Vətəndaş Ruslan Əliyev  pozulmuş hüquqlarının bərpası ilə bağlı DİN-ə etdiyi müraciətə operativ baxıldığını, Baş Dövlət Yol Polisi İdarəsində obyektiv araşdırma aparılaraq müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Bakı şəhər sakini Zakir Allahverdiyev müraciətinə operativ baxıldığını, 33-cü Polis Bölməsi tərəfindən qısa müddətdə müvafiq tədbirlərin görüldüyünü və müraciətinin müsbət həll olunduğunu qeyd edir.

Jurnalist Aslan Həmidli sosial şəbəkə vasitəsilə üzləşdiyi problemlə bağlı DİN-ə etdiyi müraciətə operativ reaksiya verildiyi üçün şəxsi hesabında post paylaşaraq polis əməkdaşlarına təşəkkür edib. O, etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü və müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.