Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Göyçay rayon sakini Füzuli Behbudov təşəkkür məktubunda müraciətinin müsbət həll olunmasına və ona dəymiş ziyanın ödənilməsinə görə DİN rəhbərliyinə və Göyçay RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Gülnarə Məmmədova müraciətinin müsbət həll olunmasına görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Sarvan Cəfərov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda tanımadığı şəxsin sosial şəbəkədə onun adından istifadə edərək vətəndaşlara qarşı dələduzluq etməsi ilə bağlı müraciətinin Ağdaş RPŞ-də obyektiv araşdırılmasına görə  minnətdarlıq edir.

Qax rayon sakini Nizami Damadayev xırdabuynuzlu mal-qarasının oğurlanması ilə bağlı etdiyi müraciətinə operativ reaksiya verildiyinə və həmin şəxslərin tutularaq məsuliyyətə cəlb olunmasına görə Qax RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Şəki rayon sakini təşəkkür məktubunda itmiş iribuynuzlu heyvanının tapılmasında göstərdikləri köməkliyə görə ŞRPŞ-nin əməkdaşlarına minnətdarlıq edir.

Şəki şəhər sakini Mürşüd Süleymanov övladına göstərdikləri ilk tibbi yardıma və digər köməkliklərə görə BDYPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Ağsu rayon sakini Əmirxan Əmirov müraciətinin müsbət həll olunmasına görə Yasamal RPİ-nin əməkdaşlarına təşəkkür edir.

Göyçay rayon sakini Vüsalə Salehova yaşadığı rayonda keçirilən vətəndaş qəbulunda sakinlərin müraciətlərinin həll olunmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Ayşən Cəfərova naməlum şəraitdə itirdiyi mobil telefonunun tapılaraq ona qaytarılmasında göstərdikləri köməkliyə görə ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.