Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Bakı şəhər sakini Elnur Sadıqov mopedinin oğurlanması ilə bağlı etdiyi müraciətə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən operativ yanaşılaraq qısa zaman ərzində dəymiş ziyanın ödətdirilməsində göstərdilkəri köməkliyə görə  DİN rəhbərliyinə və Nəsimi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Səbinə Məlikova avtomobilinin şüşəsi sındırılmaqla oradan 9400 manat pulunun oğurlanması ilə bağlı etdiyi müraciətə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən operativ yanaşılaraq qısa zaman ərzində hadisəni törədən şəxsin saxlanıldığına və  dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə. DİN rəhbərliyinə və Binəqədi RPİ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Vətəndaş Habil Məmmədov üzləşdiyi problemlə bağlı Daxili İşlər Nazirliyinə etdiyi müraciətə operativ baxıldığını, araşdırma aparılaraq müvafiq tədbirlərin görüldüyünü yazır. O, müraciətinin müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Aslan Həmidli məktubunda üzləşdiyi dələduzluq faktı ilə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə və ona dəymiş maddi ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Abşeron rayon sakini Zahir Əhmədov “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşıb. O, avtomobilinin qeydiyyatı üçün Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt şəhərindəki rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə getdiyini, qısa müddətdə və rahatlıqla avtomobilinin qeydiyyata alındığını qeyd edir. Z.Əhmədov vətəndaşların rahatlığı üçün yaradılan şəraitə və göstərilən xidmətə görə BDYPİ-nin Sumqayıt şəhərindəki rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir.

Sosial şəbəkə izləyicisi Səadət Nuriyeva DİN-ə ünvanladığı təşəkkür məktubunda etdiyi müraciətə tez bir zamanda və operativ baxılmasına və ona dəymiş ziyanın ödətdirilməsində göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 4-cü Polis Bölməsinin əməkdaşlarına minnətdatlıq edir.

Türkiyə Respublikasının vətəndaşı Engin Arslanın DİN-ə ünvanladığı təşəkkür məktubunda Bakı metropolitenində itən azyaşlı oğlunun tapılmasında göstərdikləri köməkliyə görə metropolitendə xidmət edən polis əməkdaşlarına minnətdarlıq edir.

Sosial şəbəkə izləyicisi Alim Hacıyevin DİN-ə ünvanladığı təşəkkür məktubunda şahidi olduğu bir hadisəylə bağlı Azərbaycan Polisinə təşəkkür edir. Yazır ki, “Qış parkının yanında avtomobilində yanacaq bitdiyindən bir xanım yolda qalmışdı.  Həmişə olduğu kimi bu dəfə də polislərimiz köməyə çatdı və problemin aradan qaldırılmasında xanıma köməklik  etdilər. Belə polis əməkdaşlatrımız olduğu üçün fəxr edirik”.  

Bakı şəhər sakini Oqtay İslamovun DİN-ə ünvanladığı təşəkkür məktubunda oğurluq hadisəsi ilə bağlı etdiyi müraciətə tez bir zamanda və operativ baxılmasına və ona məxsus əşyanın tapılmasında göstərilən köməkliyə görə Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinin əməkdaşlarına minnətdatlıq edir.