Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Masallı rayon sakini Kərəm Aslanov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri ilə bağlı Rayon Polis Şöbəsinin əməkdaşlarına öz minnətdarlığını bildirir.

Cəlilabad rayon sakinləri Xəyal Xəlilov, Əzim Niftiyev, Elnur Məmmədov və İlkin Kərimov DİN rəhbərliyinə ünvanladıqları təşəkkür məktublarında vətəndaş müraciətlərinə çevik reaksiya verilməsinə və araşdırmaların obyektiv şəkildə aparılmasına görə Cəlilabad RPŞ-nin əməkdaşlarına minnətdarlıqlarını bildirirlər.

Astara rayon sakini Aygün Ağayeva öz təşəkkür məktubunda rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomaniyanın yayılmasına qarşı keçirilən genişmiqyaslı tədbirlərə görə Rayon Polis Şöbəsinin rəhbərliyinə minnətdarlığını bildirir.

Biləsuvar rayon sakini Yaşar Əliyev öz təşəkkür məktubunda müraciəti ilə əlaqədar Biləsuvar RPŞ-nin rəhbərliyi tərəfindən qəbul edildiyini və araşdırmanın gedişindən razı qaldığını bildirir.

Lerik rayon sakini Xanağa Rəhmətov öz təşəkkür məktubunda müraciətinin müsbət həllini tapmasına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Mingəçevir şəhər sakini Vüqar Əliyev müraciətinin obyektiv araşdırılmasına görə Mingəçevir ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Bakı şəhər sakini Gülşən Əzimova DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, etdiyi müraciətlə əlaqədar Nəsimi Rayon Polis İdarəsinə dəvət olunduğunu, yüksək hörmətlə qarşılandığını və müraciəti ilə bağlı tədbir görülərək müsbət həll olunduğunu qeyd edir.
G.Əzimova vətəndaş müraciətlərinə həssas yanaşılmasına, göstərilən diqqətə və operativliyə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir. 

Vətəndaş Gülnar Hussain DİN-in “Facebook” səhifəsinə təşəkkür mesajı yazıb. O, üzləşdiyi problemlə bağlı müraciətinə operativ baxıldığına, obyektiv araşdırılaraq qısa müddətdə müsbət həll edildiyinə görə DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Hüquqşünas Əli İbrahimov “Facebook” sosial şəbəkəsindəki hesabında Azərbaycan polisinə təşəkkür postu paylaşaraq Azərbaycan polisinin xidmətinin dövlətə və xalqa sədaqət nümunəsi olduğunu qeyd edib.