Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Vətəndaş və Polis

Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.

Təşəkkür məktubları

Neftçala rayon sakini Malik Rəcəbov DİN-ə ünvanladığı təşəkkür məktubunda xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə, asayişin təmin olunmasına görə DİN rəhbərliyinə və Azərbaycan Polisinə minnətdarlıq edir.

Şirvan şəhər sakini Fərid Məcidov DİN-ə ünvanladığı təşəkkür məktubunda DİN rəhbərliyinə və Şirvan ŞPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

Sabirabad rayon sakini Həsrət Rüstəmov DİN-ə ünvanladığı məktubunda Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayının 12-ci taqımının əməkdaşlarına xidməti və vəzifə borclarını layiqincə yerinə yetirdiklərinə görə təşəkkürünü bildirir. 

Hacıqabul rayon sakini Salman Məmmədov Daxili İşlər Nazirliyinə ünvanlandığı məktubunda üzləşdiyi problem ilə bağlı etdiyi müraciətin  obyektiv araşdırıldığına görə DİN rəhbərliyinə minnətdarlığını bildirir.

Bakı şəhər sakini Kəmalə Ağazadə Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda DİN rəhbərliyinə və Sabirabad RPŞ-nin əməkdaşlarına minnətdarlığını bildirir.

“Sahibkarlıq və hüquq” qəzetinin bölgə müxbiri Adışirin Qurbanov Daxili İşlər Nazirliyinə ünvanladığı məktubunda xidməti vəzifə borclarını layiqincə yerinə yetirdiyinə görə Şirvan ŞPŞ-nin rəhbərliyinə təşəkkürünü bildirir.

Bakı şəhər sakini Fikrət Quliyev məktubunda qarşıdan gələn 2 iyul - Polis Günü münasibətilə DİN rəhbərliyini və Azərbaycan polisini təbrik edir, çətin və şərəfli xidmətlərində uğurlar arzulayır.

Vətəndaş Zaur Əşrəfov DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, səhifə vasitəsilə ünvanladığı müraciətinə operatvi reaksiya verildiyini, araşdırma aparılaraq qısa müddətdə müsbət həll olunduğunu qeyd edərək DİN rəhbərliyinə təşəkkürünü bildirir.

Vətəndaş Rahib Quliyev DİN-in “Instagram” səhifəsinə təşəkkür mesajı yazıb. O, avtomobilinin dövlət qeydiyyat nişanının itməsi ilə bağlı Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə müraciət etdiyini, polis əməkdaşlarının operativliyi sayəsində dövlət qeydiyyat nişanının qısa müddətdə tapılaraq ona təhvil verildiyini qeyd edir. R.Quliyev operativliyə görə 43-cü Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.