Vətəndaş və Polis
Azərbaycan polisi gecə-gündüz vicdanla çalışır ki, vətəndaşlarımız əmin-amanlıqda yaşasın. Şübhəsiz ki, polis sıraları da vətəndaşlarımızdan formalaşır və hamımız birlikdə Vətənimizin təhlükəsizliyini təmin etməliyik.
Təşəkkür məktubları
20.02.2023 - Vətəndaş Heydər Fərəcli
Vətəndaş Heydər Fərəcli üzləşdiyi problemlə bağlı müraciətinə həssaslıqla yanaşılaraq, həlli istiqamətində peşəkarlıq nümayiş etdirdiklərinə görə Səbail RPİ 9-cu Polis Bölməsinin əməkdaşlarına minnətdarlığını bildirir.
20.02.2023 - Şəhid ailəsinin üzvü Ülviyyə Seyidova
Şəhid ailəsinin üzvü Ülviyyə Seyidova onlara göstərilən diqqət və qayğıya görə DİN rəhbərliyi başda olmaqla Azərbaycan Polisinə təşəkkürünü bildirir. O, daxili işlər orqanları əməkdaşlarına çətin və şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulayır.
20.02.2023 - Vətəndaş Mətləb Həsənov
Vətəndaş Mətləb Həsənov ona məxsus mopedin yaşadığı evin qarşısından oğurlanması ilə bağlı müraciət etdiyi zaman “102” Xidməti-zəng Mərkəzinin operativ fəaliyyətini yüksək dəyərləndirir, qısa müddət ərzində oğurluğu törədən şəxsin tapılıb mopedinin ona geri qaytarılmasında göstərdikləri köməkliyə görə Binəqədi RPİ 5-ci Polis Bölməsinin əməkdaşlarına təşəkkürünü bildirir.
20.02.2023 - Vətəndaş Aleksey Lyapin
Vətəndaş Aleksey Lyapin avtomobilinə xəsarət yetirən şəxsin tapılaraq hadisəyə hüququ qiymət verilməsində göstərdikləri köməkliyə görə Pirallahı RPİ Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarına təşəkkürünü bildirir. O, operativ Xidmətə görə “102” Xidməti zəng Mərkəzinin fəaliyyətini yüksək dəyərləndirir.
20.02.2023 - Cəlilabad rayonunun bir qrup sakini
Cəlilabad rayonunun bir qrup sakini öz təşəkkkür məktublarında rayon ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı şəkildə təmin olunmasına, cinayətkarlığa qarşı aparılan qətiyyətli mübarizə tədbirlərinə görə Cəlilabad RPŞ-nin rəhbərliyinə minnətdarlıqlarını bildirirlər.
20.02.2023 - Salyan rayon sakini Murad Vəlizadə
Salyan rayon sakini Murad Vəlizadə DİN-ə ünvanladığı təşəkkür məktubunda rayon ərazisində yaşayan şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya, eləcə də xidməti vəzifələrini və peşə fəaliyyətini layiqincə yerinə yetirdiklərinə görə başda DİN rəhbərliyi olmaqla, Salyan RPŞ-nin rəhbərliyinə və əməkdaşlarına minnətdarlığını bildirir.
20.02.2023 - Cəlilabad rayon sakini Mübariz Orucov
Cəlilabad rayon sakini Mübariz Orucov DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə Cəlilabad RPŞ-də çevik reaksiya verilməsinə və məsələnin müsbət həllini tapmasına görə minnətdarlığını ifadə edir.
20.02.2023 - Lənkəran rayon sakini Samirə İsgəndərzadə
Lənkəran rayon sakini Samirə İsgəndərzadə DİN rəhbərliyinə ünvanladığı təşəkkür məktubunda müraciətinə çevik reaksiya verildiyini və araşdırmanın gedişindən razı qaldığını bildirir.
20.02.2023 - Cəlilabad rayon sakini Mədət Nuriyev
Cəlilabad rayon sakini Mədət Nuriyev öz təşəkkür məktubunda yaşadığı kənddəki mərasim evindən oğurluq edən şəxsin qısa zamanda müəyyən edilərək saxlanılmasına və oğurlanan əşyanın tapılaraq qaytarılmasına görə Rayon Polis Şöbəsinin əməkdaşlarına minnətdarlığını bildirir.