Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlandı
09.05.2026
Binəqədi rayonunda yerləşən şirkətlərin birindən oğurluq edilib. Naməlum şəxslər axşam saatlarında 539 metr uzunluğunda elektrik naqilini talayıblar. Zərərçəkənə dəyən maddi ziyanın miqdarı 7000 manatdır.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 37 yaşlı R.Babayev və 27 yaşlı Ş.Şahbazov müəyyən olunaraq saxlanılıblar. Araşdırmalarla onların bir müddət öncə həmin şirkətdə çalışdıqları və işdən çıxdıqdan sonra talama cinayətini planlaşdırdıqları məlum olub. Həmçinin saxlanılan şəxslərin oğurladıqları elektrik naqilini əlvan metal qəbulu məntəqəsinə satdıqları da müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bakıda marketdən elektron siqaretlər oğurlayan şəxs saxlanıldı
Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Naməlum şəxs Ramana qəsəbəsində yerləşən marketlərin birindən ümumi dəyəri 1000 manat olan kosmetik ləvazimatları oğurlayıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı A.Salmanov müəyyən edilərək saxlanlıb.Yasamal rayonunda keçirilən tədbir nəticəsində isə marketlərin birindən 490 manat dəyərində elektron siqaretləri oğurlamaqda şübhəli bilinən 33 yaşlı M.Məcidli də saxlanılıb. Hər iki fakt üzrə araşdırmalar aparılır.
Gün ərzində ölkə ərazisində qeydə alınan 74 cinayətin açılması təmin olunub
08.05.2026
İtkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Mayın 8-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının mayın 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 8-də ümumi çəkisi 5 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Mayın 8-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, 5 tüfəng, 4 patron darağı və 219 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 71 cinayətin açılması təmin olunub
07.05.2026
Paytaxtda avtobusda cibgirlik edən şəxs saxlanılıb
Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək ictimai nəqliyyatdan istifadə etdiyi zaman cibində olan mobil telefonunun oğurlandığını bildirib.Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cibgirlikdə şübhəli bilinən 48 yaşlı Adil Hüseynov müəyyən olunaraq saxlanılıb. Həmçinin ondan psixotrop maddə olan metamfetamin də aşkarlanıb.Araşdırmalar davam etdirilir.
Avtomobil qaçıran şəxs saxlanılıb
Paytaxtın Xətai rayonunda “Mercedes” markalı avtomobil qaçırılıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 24 yaşlı V.Axundov saxlanılıb.Həmçinin saxlanılan şəxsin rayon ərazisindəki başqa bir avtomobildən də oğurluq etdiyi məlum olub.Araşdırmalar davam etdirilir.