Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
20.02.2026
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 20-də ümumi çəkisi 7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 2 tapança, 14 tüfəng, 4 patron darağı və 311 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
İnsan alveri ilə məşğul olan transmilli mütəşəkkil dəstənin üzvü həbs edilib
Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilən tədbirlərlə insan alverində təqsirləndirilən 49 yaşlı Rima Gülaliyeva həbs edilib.Aparılmış araşdırmalarla müəyyən edilib ki, o, xarici ölkələrin birində şəxsiyyəti konfidensial saxlanılan Azərbaycan Respublikasının vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur.R. Gülaliyeva tamah məqsədilə transmilli mütəşəkkil dəstənin xarici ölkə vətəndaşları olan üzvləri ilə cinayət əlaqəsinə girərək qadınları aldadıb dövlət sərhədindən keçirməklə xarici ölkəyə aparıb. Zərərçəkmiş şəxslər hədə-qorxu və məcburetmə yolu ilə nəzarətdə saxlanılıb, onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar.İstintaqla həmçinin müəyyən edilib ki, R. Gülaliyeva qadınları xarici dövlətin ərazisində ailə qurmaq adı ilə həmin ölkənin kişi vətəndaşlarına 6 000 və 8 000 ABŞ dollarına satıb. Bundan sonra o, həmin qadınlara toy hədiyyəsi kimi verilən qızıl-zinət və digər dəyərli əşyaları götürərək oradan qaçmalarını tapşırıb.Toplanmış sübutlar əsasında başlanmış cinayət işi üzrə R. Gülaliyeva təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Transmilli mütəşəkkil dəstənin digər üzvlərinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.Bir daha vətəndaşlara müraciət edərək bildiririk ki, insan alveri cinayətlərindən zərərçəkmiş şəxslər DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə və ya 152 qaynar xəttinə müraciət edə bilərlər. Müraciət edən şəxslərin konfidensiallığı tam təmin olunur.
Xətai rayonunda 24 kiloqram narkotik vasitə aşkarlandı
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər də məhkum olunmuş 45 yaşlı Azər Abdurəhmanov, 33 yaşlı Turan Yusibov və 32 yaşlı Nuran Faiqoğlu saxlanılıblar.Onlardan 24 kiloqram 500 qram narkotik vasitə olan marixuana və 1000 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Nizami rayonunda zərgərlik mağazasından oğurluq edən şəxs saxlanılıb
Paytaxtın Nizami rayonunda talama cinayəti baş verib. Rayonun Q.Qarayev prospektində yerləşən zərgərlik mağazalarının birindən 1800 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub. Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 53 yaşlı Zabil Abışov müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı saxlanılan şəxsin satıcının diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi məlum olub. Araşdırmalar davam etdirilir.
Qaradağda tarixi-mədəni abidələrə ziyan vuran şəxslər saxlanılıb
Qaradağ rayonunda qabaqcadan əlbir olan bir qrup şəxs dövlət tərəfindən xüsusi qorunan təbiət ərazilərinin mühafizə qaydalarını pozaraq qızıl axtarmaq məqsədilə Milli Tarix-Bədii Qoruqlardan birinin ərazisinə qanunsuz daxil olublar.
Gün ərzində ölkə ərazisində qeydə alınan 77 cinayətin açılması təmin olunub
19.02.2026
Zərərçəkənin kirayə yaşadığı evindən pul və qızıl oğurlayan şəxs saxlanıldı
Paytaxtın Nərimanov rayonunda oğurluq hadisələri baş verib. Zərərçəkən polisə müraciət edərək kirayə yaşadığı evdən qızıl-zinət əşyaları və 540 manat nağd vəsaitinin talandığını bildirib.Əməli törətməkdə şübhəli bilinən 41 yaşlı M.Allahverdiyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla onun gecə saatlarında yaşayış binalarından birinə daxil olaraq bir-bir mənzillərin qapılarını yoxladığı və zərərçəkənin evdə olmadığına əmin olduqdan sonra talama cinayətini törətdiyi məlum olub. Rayon ərazisində keçirilən digər tədbir nəticəsində isə 490 manat dəyərində təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən 22 yaşlı Z.Abbasov da saxlanılıb.Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
Çalışdıqları şirkətin anbarından 10 min manatlıq oğurluq edən şəxslər saxlanıldı
Paytaxtın Yasamal rayonunda yerləşən özəl şirkətlərin birindən 10 000 manat dəyərində təmir-tikinti materialları oğurlanıb.Polis əməkdaşlarının keçirdikləri tədbirlə qabaqcadan əlbir olaraq talama cinayətini törətməkdə şübhəli bilinən 26 yaşlı N.Məmmədov və 23 yaşlı E.Allahverdiyev müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla məlum olub ki, həmin şəxslər çalışdıqları şirkətin anbarından bir neçə ay ərzində hissə-hissə tikinti materialları oğurlayaraq satıblar.Faktla bağlı araşdırmalar davam etdirilir.
Restoranda rəfiqəsi ilə nahar edəndən sonra onun qızıllarını oğurlayan şəxs saxlanıldı
Paytaxtın Səbail rayonunda oğurluq hadisəsi baş verib. Zərərçəkən polisə müraciət edərək 5000 manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəraitdə oğurlandığını bildirib.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 47 yaşlı S.Abbasova müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs rəfiqəsi ilə birlikdə restoranda nahar edən zaman onun qızıl-zinət əşyalarını çantasına qoyduğunu görüb və diqqətini yayındıraraq oğurluğu törədib. Hadisə baş verdikdən dərhal sonra zərərçəkən polisə müraciət edib və bunu görən S.Abbasova şübhələri üzərindən atmaq üçün vaxt itirmədən “102” Xidmətinə zəng edərək onun da elə restoranda 300 dollar pulunun oğurlanması barədə bilərəkdən polisə yalan məlumat verib. Hadisədən sonra S.Abbasova rəfiqəsindən taladığı qızıl-zinət əşyalarını zərgərlik mağazalarının birinə apararaq satıb. Faktla bağlı araşdırma aparılır.