Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Məhəlləsində yerləşən marketdən oğurladığı spirtli içki və tütün məhsullarını başqa mağazada satan şəxs saxlanıldı
19.02.2026
Paytaxtın Xəzər rayonunun Qala qəsəbəsində yerləşən mağazaların birindən 2000 manat dəyərində spirtli içki və tütün məhsulları oğurlanıb.Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı R.Rzayev şübhəli şəxs qismində müəyyən edilərək saxlanılıb. Araşdırmalarla məlum olub ki, saxlanılan şəxs taladığı marketin yaxınlığında yaşayır və mütəmadi olaraq həmin obyektdən alış-veriş etdiyi üçün satıcıların ona diqqət yetirməyəcəkləri qənaətinə gəlib. R.Rzayev hissə-hissə məhsulları oğurladıqdan sonra yaxınlıqda yerləşən başqa bir mağazaya apararaq orada ucuz qiymətə satıb. Həmçinin R.Rzayevin üzərindən psixotrop maddə metamfetamin də aşkarlanaraq götürülüb. Fakt üzrə araşdırmalar aparılır.
İtkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının fevralın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 44,3 kiloqrama yaxın narkotik vasitə və 1064 ədəd güclü təsiredici xassəyə malik həb götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə fevralın 19-da ümumi çəkisi 44,3 kiloqrama yaxın narkotik vasitə və 1064 ədəd güclü təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Fevralın 19-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 1 pulemyot, 11 tüfəng, 27 patron darağı və 323 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
DİN BNMİ-nin əməliyyatı zamanı 25 kiloqram narkotik vasitə aşkarlanıb
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar davam etdirilir. Növbəti tədbirlər zamanı əvvəllər oğurluq və narkotiklərin satışı ilə məşğul olduqlarına görə məhkum olunmuş Namik Şirinov və Əliağa Novruzov saxlanılıblar. Onlardan 25 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.N.Şirinov və Ə.Novruzovun şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri müxtəlif ünvanlara yerləşdirməyi planlaşdırdıqları məlum olub.Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Sosial şəbəkələrdə narkotik vasitələr satan şəxslər saxlanılıblar
Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 29 yaşlı Elçin Bağırov və 37 yaşlı Əliağa Vahabov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 6 kiloqram narkotik vasitə olan tiryək və marixuana aşkarlanıb. E.Bağırov və Ə.Vahabovun sosial şəbəkələr vasitəsilə narkotiklərin onlayn satışını həyata keçirdikləri məlum olub.Şöbə əməkdaşları tərəfindən həyata keçirilən digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 10 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub. Həmin şəxslərdən biri- əvvəllər məhkum olunmuş Tural Məmmədovun paytaxt ərazisində binaların girişlərində quraşdırılan su sayğaclarını oğurladığı da müəyyən edilib.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Gün ərzində ölkə ərazisində qeydə alınan 93 cinayətin açılması təmin olunub
18.02.2026
Xətai rayonunda qohumunun evindən 9 min manat oğurlayan şəxs saxlanılıb
Xətai rayonunda yerləşın evlərin birindən oğurluq edilib. Zərərçəkən polisə müraciətində naməlum şəxsin yaşadığı evdən 9000 manat nağd pul və 1000 manat dəyərində qızıl-zinət əşyalarının talandığını bildirib. Xətai Rayon Polis İdarəsi 35-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 28 yaşlı Ə.İmanov müəyyən edilərək saxlanılıb. Araşdırmalarla saxlanılan şəxsin zərərçəkənin qohumu olduğu və oğurladığı pulları şəxsi əyləncəsi məqsədilə xərclədiyi məlum olub.Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Fevralın 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 14 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.