Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Hövsan və Biləcəri qəsəbələrində oğurluqlar edən şəxslər saxlanıldı
20.01.2026
Paytaxtın Suraxanı və Binəqədi rayonlarında talama cinayətləri qeydə alınıb. Axşam saatlarında Hövsan qəsəbə sakininin evinin qarşısından ona məxsus yük qaldırıcı qurğunun hissələri oğurlanıb. Polis əməkdaşları əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini Ə.Quliyevi müəyyən edərək saxlayıblar.Biləcəri qəsəbəsində keçirilən tədbir zamanı isə zərərçəkənin mənzilindən moped oğurlamaqda şübhəli bilinən S.Hüseynov da saxlanılıb.Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı
Paytaxtın Səbail rayonunda vətəndaşlardan birinin içərisində 220 manat və bank kartı olan pul kisəsi oğurlanıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı N.İslamov saxlanılıb. Araşdırmalarla onun sürücüsü olduğu avtobusa sərnişin qismində əyləşən zərərçəkənin pul kisəsini taladığı və sonradan bank kartı ilə alış-veriş etdiyi də məlum olub.Paytaxt ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşların birinin bank kartından oğurluq etməkdə şübhəli bilinən 27 yaşlı T.Quliyev də müəyyən olunaraq saxlanılıb.Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 20-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 20-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 42,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 20-də ümumi çəkisi 42,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 35 kiloqrama yaxın marixuana, 4,4 kiloqramdan artıq heroin və 3,5 kiloqrama yaxın tiryək olub. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Yanvarın 20-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 3 tapança, 19 tüfəng, 1 patron darağı və 43 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 38 cinayətin açılması təmin olunub
19.01.2026
İtkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Yanvarın 19-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının yanvarın 19-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 7,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə yanvarın 19-da ümumi çəkisi 7,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.