Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
Bakı şəhər Baş Polis İdarəsi
Baş Dövlət Yol Polisi İdarəsi
"Xəzri" istirahət və sağlamlıq mərkəzi
Daxili Qoşunların Baş İdarəsi
Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsi
Polis Akademiyası
A.N.Heydərov adına Respublika Hospitalı
Şəxsi Heyətlə İş İdarəsi
İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi
Polis Qəzeti
Azərbaycan Respublikası Nazirlər Kabineti
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir
11.12.2025
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 33 tüfəng aşkar edərək götürüblər.
Gün ərzində ölkə ərazisində qeydə alınan 34 cinayətin açılması təmin olunub
10.12.2025
İtkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 10-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 10-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Ümumi çəkisi 11,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə dekabrın 10-da ümumi çəkisi 11,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir. Dekabrın 10-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tapança, 9 tüfəng və 10 ədəd patron aşkar edərək götürüblər.
Polis Nərimanov rayonunda məişət səs-küyü normalarına əməl etməyən obyektlərdə profilaktik tədbirlər keçirib
Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı paytaxt sakinlərindən daxil olan çoxsaylı şikayətlər əsasında nəzarət-profilaktik tədbirlər davam etdirilir. Bu istiqamətdə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində müxtəlif ünvanlarda fəaliyyət göstərən kafe-restoran, əyləncə mərkəzləri və digər ictimai iaşə obyektlərinə baxış keçirilib. Nəticədə bir neçə restoranın saat 00:00-dan sonra məişət səs-küyü ilə bağlı mövcud olan qanunvericiliyin tələblərini kobud surətdə pozduğu aşkar edilib. Həmin ictimai iaşə obyektlərində yüksəksəsli musiqinin yayımı dayandırılıb, obyekt sahibləri ilə profilaktik söhbətlər aparılıb. Həmin şəxslər barəsində inzibati protokollar tərtib edilib. Bu cür halların təkrarlanacağı təqdirdə daha sərt tədbirlərin görüləcəyi də onların diqqətinə çatdırılıb. Qeyd edək ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində məişət səs-küyü ilə bağlı nəzarət-profilaktik tədbirlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək. Youtube linki - https://www.youtube.com/watch?v=HZaR9kmdRO4
Gün ərzində ölkə ərazisində qeydə alınan 48 cinayətin açılması təmin olunub
09.12.2025
İtkin düşmüş kimi axtarışı aparılan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib
Dekabrın 9-da polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 17 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib
Polis əməkdaşlarının dekabrın 9-da keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib.