Bakı şəhər sakini olan bir nəfəri aldadaraq 60.000 manatının ələ keçirməkdə şübhəli bilinən C.Ağayev saxlanılıb
28.09.2024
Bakı şəhər sakini olan bir nəfərin aldadılaraq 60.000 manatının ələ keçirilməsi ilə bağlı Yasamal RPİ-nin 27-ci Polis Şöbəsinə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlində şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 34 yaşlı C.Ağayev müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.